“Accesbank”ın rəhbərliyinə yeni təyinatlar olub

“Accesbank”ın rəhbərliyinə yeni təyinatlar olub
14:02 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ “Accessbank” QSC-nin İdarə Heyəti (IH) sədrinin 1-ci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsinə təyinat olub.
Bankdan “Report”a verilən məlumata görə, bu vəzifəyə Anar Həsənov təyin edilib.
Bankçılıq sahəsində zəngin təcrübəyə malik olan A.Həsənov bundan öncə İH-də sədr müavini vəzifəsini tutub. O, “AccessBank”ın fəaliyyətə başladığı tarixdən etibarən burada çalışır və bankın inkişaf etməsində böyük rola malikdir. A.Həsənov İstanbul Universitetinin (Türkiyə) İqtisadiyyat fakültəsinin “Maliyyə” bölümündə təhsil alıb və Pensilvaniya Universiteti (ABŞ) nəzdində “Ali Bank Məktəbi”ni bitirib.
Bundan başqa, “AccessBank”a 4 yeni icraçı direktor təyin edilib. Belə ki, Elşən Pirmalıyev bankın Pərakəndə və biznes Müştəriləri üzrə icraçı direktoru, Səbinə Qurbanova Rəqəmsal bankçılıq və məsafədən xidmətlər üzrə icraçı direktor, Aynur Süleymanlı İnsan resursları, administrasiya və təhlükəsizlik üzrə icraçı direktor, Nizami Qədirov isə Risk idarəçiliyi və tədqiqatlar üzrə icraçı direktor vəzifələrinə təyinat alıb. Hazırda bankın 6 icraçı direktoru var.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/accesbank-in-rehberliyine-yeni-teyinatlar-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR