Dünyanın ən yaxşı yaxtaları seçildi - REYTİNQ - FOTO

Dünyanın ən yaxşı yaxtaları seçildi - REYTİNQ - FOTO
14:12 17 May 2017
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

İtaliyanın Flrensiya şəhərində ənənəvi "World Superyacht Awards" mükafatının təqdimat mərasimi keçirilib.

Milli.Az Forbes-a istinadən bildirir ki, "Boat International Media"nın təsis etdiyi mükafatın lauretları arasında "Sybaris" və "Dilbar" yaxtaları var.

430 milyon dollarlıq "Dilbar" yaxtası əslən özbək olan rusiyalı milyarder Əlişir Usmanova məxsusdur.

Su tutumu 15917 ton olan "Dilbar" yaxtası dizel-elektrik mühərrikinin sayəsirndə 22,5 knot sürətlə üzür. Yaxtanın daxili məkanlarının ümumi sahəsi 3800 m2-dir.

İtaliyadakı "Perini Navi" tərsanəsində 4 ilə tikilmiş "Sybaris" yaxtası amerikalı milyarder Bill Drukerə məxsusdur.

"Legacy Award" nominasiyasında biznesmen, xeyriyyəçi, dayvinq həvəskarı Aleks Dreyfus qalib gəlib. O, "dəniz xəstəliyi"nin yaranma ehtimalını azaldan korpus layihəsinin müəllifidir.

"Voyager's Award" mükafatı Avstraliya sahillərindəki kruizə görə "Glaze" yaxtasının sahibinə verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR