Cennifer Lopes toya hazırlaşır - FOTO

Cennifer Lopes toya hazırlaşır - FOTO
14:17 17 May 2017
Ölkə mətbuatı
A- A+

Məşhur amerikalı aktrisa və müğənni Cennifer Lopes yenidən ailə həyatı qurmağa hazırlaşır.

Milli.Az E Online-a istinadən bildirir ki, 47 yaşlı "Cey Lo" 41 yaşlı sevgilisi, beysbolçu Aleks Rodrigeslə münasibətlərini rəsmiləşdirmək niyyətindədir.

C.Lopeslə A.Rodriges ilk dəfə birlikdə Nyu-Yorkda keçirilmiş "Met Gala"da kameralar qarşısında durmuşdular.

İnsayderlərin dediklərinə görə, "Cey Lo" sevgilisi Rodrigeslə münasibətlərini müvəqqəti hisslər saysa da, indi mövqeyini köklü şəkildə dəyişib.

C.Lopesin sabiq əri, müğənni və bəstəkar Mark Entoni ilə nikahından 9 yaşlı Maksimillian DevidEmmi Mirabel adlı əkizləri var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR