Bred Pitt görünüşü ilə heyrətləndirdi - FOTO

Bred Pitt görünüşü ilə heyrətləndirdi - FOTO
14:22 17 May 2017
Ölkə mətbuatı
A- A+

Xanımı, aktrisa və Hollivud ulduzu Ancelina Colidən ötən ilin sentiyabrında ayrılandan sonra aktyor Bredd Pitt çox arıqlayıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, "Netflix" korporasiyasının çəkdiyi "War Machine" filminin premyerasına qatılmış 53 yaşlı aktyorun zahiri görünüşündəki fərqlər kimsənin nəzərindən yayınmayıb.

B.Pitt filmdə baş rolda oynayıb və general Stenli MakKristelin obrazını yaradıb. ABŞ-ın antiterror əməliyyatlarının tarixində ən odioz fiqurlardan olmuş general çox sürətli karyera yüksəlişindən sonra 2010-cu ildə "Rolling Stone" jurnalına verdiyi müsahibəsinə görə ordudan qovulmuşdu.

MakKristelin karyerasının Əfqanıstan dönəminə həsr olunmuş filmin ssenarisi reportyor Maykl Qastinnsin sənədli kitabına əsaslanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR