Bu ilin I rübündə Azərbaycanda 3,2 mlrd. kubmetr qaz istehlak edilib

Bu ilin I rübündə Azərbaycanda 3,2 mlrd. kubmetr qaz istehlak edilib
14:32 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycanda 6,8 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 69,8%-i hasilatın, 25,4%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 4,8%-i isə idxalın hesabına formalaşıb.
Belə ki, hesabat dövründə əmtəəlik qaz hasilatının həcmi 4,75 mlrd. kubmetr, ilin əvvəlinə mövcud olan ehtiyatın həcmi 1,73 mlrd. kubmetr, idxal olunan qazın həcmi isə 326 mln. kubmetr təşkil edib.
Təbii qaz ehtiyatlarının 47%-i ölkə daxilində istehlak edilib, 34,9%-i ixrac olunub, 6,4%-ni itkiyə gedib, 11,7 %-i isə aprel ayının əvvəlinə ehtiyat kimi qalıb.
Bu ilin I rübündə ölkə daxilində 3,196 mlrd. kubmetr qaz istehlak olunub. Hesabat dövründə 2,373 mlrd. kubmetr qaz ixrac edilib, 435 mln. kubmetr itki olub, aprelin əvvəlinə 796 mln. kubmetr ehtiyat qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-ilin-i-rubunde-azerbaycanda-3-2-mlrd-kubmetr-qaz-istehlak-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR