Bakıda vərəm xəstəliyi və onun profilaktikasına həsr edilən seminar keçirilib

Bakıda vərəm xəstəliyi və onun profilaktikasına həsr edilən seminar keçirilib
14:37 17 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Ağciyər Xəstəlikləri İnstitutunun Laboratoriyasında Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatcılığı ilə KİV nümayəndələri üçün vərəm xəstəliyi və onun profilaktikasına həsr edilən seminar keçirilib.
"Report" xəbər verir ki, seminarda 2015-ci ildə 10,4 milyon insanın vərəmə yoluxduğu bildirilib.
İnstitutun direktoru Həqiqət Qədirova deyib ki, xəstələrdən 5,9 milyonu kişi, 3,5 milyonu qadın, 1 milyonu isə uşaqlar olub: "2015-ci ildə 480 min insan çoxsaylı dərmanlara davamlı vərəmə yoluxub. Bu xəstələrin müalicəsi məlum dərmanlara davamlı deyil. Azərbaycanda vərəm xəstəliyi az yayılmış ölkələr sırasına daxildir. Çoxsaylı dərmanlara davamlı (ÇDD ) vərəmin yayılması daha çox Rusiyada müşahidə olunur və bu da müəyyən qədər qonşu ölkələrdə problem yaşadır".
H.Qədirova qeyd edib ki, Avropada hər 15 dəqiqədən bir 32 min insan məhz vərəmdən ölür: "Azərbaycan ilkin hallarda 13% dərmanlara davamlı olur, təkrar xəstələnənlər arasında isə 29% olur. Azərbaycanda hər 100 min əhaliyə olan vərəmə yoluxma görstəricisində son 6 ildə azalma müşahidə olunur. Aktiv kontingentin sayı azalır. Bu göstərici 2010-2016-ci illərdə hər 100 min əhaliyə 144 nəfərdən 99 nəfərə düşüb. Uşaqlarla bağlı müəyəyn dinamika 15-17 yaşlılar arasında var. Amma 14 yaşına kimi məlumat yoxdur".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Cəvahir Süleymanova bildirib ki, vərəmlə mübarizə profilaktikadan başlamalıdır: "Xəstə vaxtında müraciət edərsə, müalicə və müayinə alarsa, vərəm tam sağalan xəstəlikdir". 
Seminarda vurğulanıb ki, ilkin vərəm xəstələri arasında müvəqqətli müalicənin effektivliyi 83% təşkil edir. Təkrar xəstələr arasında müalicənin effektivliyi isə 73% təşkil edir. Bakterioloji təsdiq edilmiş ilk dəfə ÇDD vərəmə yoluxma 12.8%, bakterioloji təsdiq edilmiş təkrar ÇDD ilə yoluxma isə 27,4% təşkil edib. BMT 2015-ci ildə 2030-cu ilə qədər davamlı inkişaf üzrə təyin etdiyi məqsədlərdən biri vərəmin qlobal epidemiyasının ləğv edilməsidir. Vərəmin 2016-2035-ci illərdə ləğv edilməsi üzrə strategiyada Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilə vərəmdən ölüm hallarının sayını 2015-ci illə müqayisədə 90%, vərəmə yoluxma göstəricisini isə 80% azaltmağa çağırır. Dünyada vərəmlə xəstələnən insanların sayı azalır. 2000-2015-ci illər dövründə bu xəstəlikdən ölüm halları 22% azalıb. Bu illər ərzində 49 milyon insan vərəmdən müalicə alıb və onların həyatı xilas olub. Lakin aşkarlanma və müalicə sahəsində hələ də xeyli problemlər movcuddur. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/bakida-verem-xesteliyi-ve-onun-profilaktikasina-hesr-edilen-seminar-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR