Bakıda 16 mindən çox şəxs işsiz statusu alıb

Bakıda 16 mindən çox şəxs işsiz statusu alıb
14:52 17 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Bu il may ayının birinə olan məlumata görə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb.
“Report”un xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir.
Hesabata əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35 854 nəfər olub, onların 37,3 faizini qadınlar təşkil edib. Rəsmi işsizlərin 5 495 nəfəri işsizliyə görə müavinət alır. İşsizliyə görə müavinətin orta məbləği 263,8 manat olub.
İşsizlik statusu alanlardan 16 411 nəfəri məhz Bakının payına düşür. Onlardan 2 211 nəfəri isə işsizliyə görə müavinət alır.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bakida-16-minden-cox-sexs-issiz-statusu-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR