Ordumuzun düşməni məhv etdiyi AN - İrəvanın gizlətdiyi İTKİLƏR - VİDEO

Ordumuzun düşməni məhv etdiyi AN - İrəvanın gizlətdiyi İTKİLƏR - VİDEO
15:38 17 May 2017
164 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan Azərbaycanın raket zərbəsi ilə məhv edilən “OSA” zenit-raket kompleksində şəxsi heyətin də məhv edilməsi faktını gizlədir.

Publika.az
xəbər ki, bu barədə erməni jurnalist Tevos Arşakyan yazıb.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Ordusu Ermənistana məxsus “OSA” zenit-raket kompleksini məhv edib. Ermənistan tərəfi raket kompleksinin vurulduğunu təsdiq etsə də, heç bir itki vermədiklərini açıqlayıb.

Lakin erməni jurnalist İrəvanın yalan danışdığını deyir.

“Azərbaycanın zərbəsindən sonra bizim hərbiçilər susdu. Belə təəssürat yaranır ki, rəhbərlik susmaq əmri verib. Məqsəd əhalidə qorxu atmosferinin yaranmamasıdır. Lakin susmağın əsas səbəbi təkcə zenit-raket kompleksinin deyil, kompleksi idarə edən şəxsi heyətin də məhv olunmasıdır. Azərbaycan tərəfinin yaydığı videodan aydın görünür ki, raket kompleksi tamamilə məhv edilib. Bunu Ermənistan tərəfi də təsdiq etdi. Bəs raket kompleksinin içindəki hərbiçilərin taleyi necə oldu? Axı zərbə o qədər güclü oldu ki, onların xilas olması mümkünsüzdür. Görünür, Ermənistanın siyasi və hərbi rəhbərliyi dəhşətli nəticələri açmamaq qərarı verib. Lakin anlamırlar ki, informasiya texnologiyasının inkişaf etdiyi əsrdə nəyisə ictimaiyyətdən gizlətmək mümkün deyil. Artıq raket kompleksi ilə birlikdə ekipaj üzvlərinin də öldüyü şübhəsizdir”, - deyə erməni jurnalist yazıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/199149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR