Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə giriş PULSUZ oldu

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə giriş PULSUZ oldu
17:15 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçiriləcək.

Akademiyadan Trend-ə verilən məlumata görə, məqsəd insanlara pulsuz olaraq muzeyin təqdim etdiyi sərgi və ekspozisiyalara tamaşa etmək imkanı yaratmaqdır.

Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini əks etdirən muzeyin tarixi barədə ətraflı məlumat veriləcək, onlar qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.

Muzey saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2755814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR