SOCAR "Bir kəmər - bir yol" konsepsiyası çərçivəsində neft-qaz əməkdaşlığı" mövzusunda dəyirmi masada təmsil olunub

SOCAR "Bir kəmər - bir yol" konsepsiyası çərçivəsində neft-qaz əməkdaşlığı" mövzusunda dəyirmi masada təmsil olunub
17:17 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Ötən gün Çin Milli Neft Korporasiyasının (CNPC) Pekində yerləşən baş ofisində “Bir kəmər - bir yol” konsepsiyası çərçivəsində neft-qaz əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Çin Dövlət Energetika İdarəsinin rəhbəri Nur Bekri çıxış edərək, iclasın vacibliyini qeyd edib.
CNPC şirkəti Direktorlar Şurasının sədri Van İlin iclasın məqsədlərini açıqlayıb.
Tədbirdə “Gazprom”, “Rosneft”, SOCAR, “Uzbeknefteqaz”, “KazMunayGas”, “Sinopec”, İpək Yolu Fondu, Çin İnkişaf Bankı və digər şirkətlərin, eyni zamanda dövlət strukturlarının rəhbərləri iştirak ediblər.
Birinci sessiyada SOCAR-ın prezidenti Rövnaq Abdullayev “Transmilli magistral neft-qaz kəmərləri və qarşılıqlı infrastruktur əlaqəsi” mövzusunda çıxış edib. O qeyd edib ki, hazırda Azərbaycanda istismar edilən transmilli kəmərlərin ümumi uzunluğu 5,5 min km-dən artıqdır və tikilməkdə olan obyektləri nəzərə almaqla 9 min km-ə çatdırılacaq. “Biz Azərbaycanın nümunəsində görürük ki, magistral neft-qaz kəmərlərinə dair strategiyanın düzgün seçimi iqtisadi artımın lokomotivi ola bilər. Azərbaycan həqiqətən də inanır ki, transmilli magistral boru kəmərləri yeni Böyük İpək Yolunun ipək iplərinə çevriləcək və bu da öz növbəsində, əldə ediləcək mənfəətin karbohidrogen istehsalçıları, tranzitçiləri və istehlakçıları arasında ədalətlə bölüşdürülməsinə zəmanət verəcək”, - deyə SOCAR prezidenti çıxışında bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-bir-kemer-bir-yol-konsepsiyasi-cercivesinde-neft-qaz-emekdasligi-movzusunda-deyirmi-masad

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR