ÜAK-la bağlı qərar Bakı ilə Moskva arasında “çat” yaradacaqmı? - Rusiyadan ŞƏRH

ÜAK-la bağlı qərar Bakı ilə Moskva arasında “çat” yaradacaqmı? - Rusiyadan ŞƏRH
17:33 17 May 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

“Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi Bakı və Moskva arasında çatların yaranması ilə nəticələnməyəcək”.

Bu barədə Publika.az-a açıqlamasında Rusiyanın xarici siyasət və təhlükəsizlik üzrə eksperti Qriqori Trofimçuk deyib.

Rusiyalı ekspert iddia edib ki, Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiyadakı azərbaycanlılar arasında yaranmış problemlərin qurbanı oldu: “Qeydiyyatın ləğv edilməsinin birbaşa səbəbi sadə və formaldır. Bu səbəblərə görə digər təşkilatlar da bağlanır. Buna görə sualı belə qoymaq lazımdır: niyə ÜAK üçün istisna edilmədi?”.

Bakı-Moskva xəttində çatlar yarana bilərmi?

Q.Trofimçuk qeyd edib ki, ÜAK-a istisna bu təşkilatın digərlərindən seçilməməsi üçün edilməyib.

“Həmçinin, ÜAK Rusiyada azərbaycanlıların tək təşkilatı deyil. Bir sıra təşkilatlar mövcuddur, o cümlədən, Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyada Azərbaycanlı Gənclər Birliyi. Bu baxımdan, Bakı və Moskva arasında hansısa “çat”ların yaranmasından söhbət belə gedə bilməz. ÜAK Rusiyada Azərbaycanın tək markası olsaydı, buna cavab olaraq, Azərbaycan daxilində rusiyayönümlü təşkilatlara qarşı analoji addım atılardı. Lakin bu, Bakıya lazımdırmı? Mümkündür ki, bu gediş gələcək üçün ehtiyatda qalacaq”, - deyə o diqqətə çatdırıb.

Erməni barmağı görünür?

Lakin rusiyalı ekspert hesab etmir ki, ÜAK-ın qeydiyyatının bağlanmasında ermənilərin rolu olub: “Bakıdan bunun belə görünməsi mümkündür, lakin Rusiyadan bu nöqteyi-nəzər qəribə görünür. Ermənilər Rusiyada nüfuzlu siyasi gücdür, lakin azərbaycanlıların təşkilatlarını bağlayacaq qədər deyil. Azərbaycanlılara “Rusiya erməniləri” sehrli gücündən danışaraq, özlərini zəiflətmək lazım deyil”.

Qərarın ləğvi mümkündürmü?

Q.Trofimçuk ÜAK-ın apelyasiya şikayəti ilə qeydiyyatının bərpa edilə biləcəyi ehtimalını da şərh edib.

“Qanun bütün zərərçəkmişlərə apelyasiya şikayəti vermək hüququnu tanıyır. Lakin Rusiyadakı azərbaycanlıların hamısı əmin deyil ki, ÜAK üçün sonuna qədər mübarizə aparmaq lazımdır. Bəzi azərbaycanlılar hesab edirlər ki, yeni təşkilat yaratmaq və təmiz səhifədən başlamaq lazımdır. Buna görə də azərbaycanlılar düzgün seçim etməlidirlər”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/199166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR