Bakı sakinləri üçün hazırlıq (VİDEO)

Bakı sakinləri üçün hazırlıq (VİDEO)
01:36 8 Yanvar 2015
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Havanın soyuması və qarın yağması xəbərdarlığı ilə əlaqədar olaraq Bakı Metropoliteni bir sıra tədbirlər həyata keçirir.

ANS TV-nin məlumatına görə, yarana biləcək hər hansı bir problemin qarşısını almaq üçün metropoliten gücləndirilmiş iş rejimində işləyəcək.

Artıq Bakı Metropolitenin gücləndirilmiş iş rejimilə bağlı işlər planı hazırlanıb. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qarın yağmasıyla yeraltı nəqliyyatda elə də ciddi problemin yaşanmayacağını bildirdi. Amma bununla yanaşı Metropolitenin yerüstü ərazilərində müəyyən tədbirlərin görülməsinə ehtiyac var.

Məsələn, Nəriman Nərimanov yaxınlığındakı depo açıq havadadır. Qatarlar hər səhər yerin üstü ilə gəlib metroya daxil olurlar. Həmin yerüstü yolların təmizlənməsi və qarlı havalara qarşı qabaqlayıcı tədbirlər görülür. Həmçinin qar və buzlaşma nəzərə alınaraq əməkdaşlara xüsusi tapşırıqlar da verilib.

"Təbii ki, bu yolların təmizlənməsi, orda buzlanmanın qarşısını almaq və qarların təmizlənməsi üçün bütün ehtiyyat tədbirlər görülüb. Növbətçilik iş rejimi tərtib edilib. Bütün lazım olan – duz, qum kimi ehtiyyatlar tədarük olunub. Çalışacağıq ki, qarlı hava maksimum dərəcədə metropolitenin iş qrafikinə təsir göstərməsin”, - deyə Nəsimi Paşayev bildirib.

Metronun girişində buzlaşmanın insanların hərəkətinə mane olması nəzərə alınaraq müvafiq tədbirlər də görüləcək. Giriş-çıxışlarda insanların yıxılıb xəsarət almaması üçün qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Həmin tədbirlər sırasında pilləkənlərin mütəmadi təmizlənməsi nəzərdə tutulub. Həmçinin pilləkənlərdən kənar ərazilər və depodan gələn yolların təmizlənməsi üçün lazımi avadanlıqlar da artıq alınıb.

Soyuq hava şəraiti hələ yanvarın 10-na qədər davam edəcək. Həmçinin Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi də yolların buz bağlaması ilə əlaqədar olaraq sürücüləri yollarda daha da ehtiyyatlı olmağı və sürət həddinin artırılmamasını tövsiyyə etdi. Sürücülərə daha çox ictimai nəqliyyatdan istifadə etmələrini bildirildi. Soyuq hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanını isə işinə hər hansı təsir göstərməyəcək.

Hava limanından verilən məlumata görə, bütün uçuşlar əvvəlcədən müəyyən olunmuş qrafik üzrə aparılacaq. Hər hansı bir problem yaranacağı təqdirdə isə hava limanının əməkdaşları onu yerindəcə həll edəcəklər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=318322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR