Şamaxıda aramsız yağış: Kəndlə əlaqə kəsildi

Şamaxıda aramsız yağış: Kəndlə əlaqə kəsildi
18:17 17 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxıya aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsi kəsilib, köməksiz vəziyyətdə qalan kənd sakininə yardım edilib.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Keçmədil kəndinə aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsinin kəsilməsi səbəbindən tibbi yardıma ehtiyacı olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Müvafiq köməklik göstərilməsi məqsədi ilə dərhal Nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq vətəndaşın təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

Əməliyyat saat 13:46-da başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR