Azərbaycanlı milyarder şirkətini Səudiyyə Ərəbistanından çıxarır

Azərbaycanlı milyarder şirkətini Səudiyyə Ərəbistanından çıxarır
18:27 17 May 2017
Ölkə mətbuatı
A- A+

Rusiyanın "LUKoil" şirkəti Səudiyyə Ərəbistanındakı layihəsindən çıxmaq qərarına gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu açıqlamanı şirkətin rəhbəri Vahid Ələkbərov verib.

Qeyd edək ki, "LUKoil" şirkəti "LUKoil Saudi Arabia Energy Ltd." (Luksar) müştərək şirkəti kimi Səudiyyə Ərəbistanında qazma işləri həyata keçirib. Şirkətin 80%-i "LUKoil Overseas"ə, 20%-i isə "Saudi Aramco" dövlət nerft-qaz şirkətinə aid olub.

"Biz qərar verdik, Səudiyyə Ərəbistanından gedirik. "Saudi Aramco" qazdığımız quyuları götürür. Amma qərara gəlmişik ki, tərəfdaş olaraq xarici layihələrdə iştirak edəcəyik. Biz İraq və digər ölkələrdə öz fəaliyyətimizi birlikdə davam etdirə bilərik", - deyə V.Ələkbərov bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/545816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR