Bakıdakı ticarət festivalı çərçivəsində alıcılara nə qədər ƏDV geri qaytarılıb? - MƏBLƏĞ

Bakıdakı ticarət festivalı çərçivəsində alıcılara nə qədər ƏDV geri qaytarılıb? - MƏBLƏĞ
19:52 17 May 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən ilk ticarət festivalı ərzində alınmış mallara görə alıcılara 1,53 milyon manat ƏDV geri qaytarılıb.

Milli.Az xəbər verir ki, Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, 10 aprel-10 may tarixləri arasında keçirilən şopinq festivalda dövriyyənin ümumi məbləği 15 milyon 471 min 805 manat olub.

Təsdiqlənmiş hesab-fakturaların 19.119-u Azərbaycan vətəndaşları, 1734-ü isə əcnəbilər tərəfindən təqdim olunub.

Mal alarkən ticarət festivalını deyil, "tax free" sistemini seçmiş əcnəbilərə ümumi məbləği 2 milyon 696 min 087,3 min manat olan 1130 elektron vergi hesab-fakturası təqdim olunub. Beləliklə, ümulikdə əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə məbləği 4 milyon 127 min 50,8 manat olan 3059 elektron vergi hesab-fakturası verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR