Avtomobildən 9800 ədəd siqaret aşkar edilib

Avtomobildən 9800 ədəd siqaret aşkar edilib
19:59 17 May 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Hyundaı" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa oturacaqlarının altından və cihazlar panelinin içindən ümumilikdə 8000 ədəd "Winston" və ön oturacağının altından 1800 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR