CAREC-in Tbilisidə keçirilən komitə iclasında nəqliyyat dəhlizlərinin modernləşdirilməsi məsələləri müzakirə olunub

CAREC-in Tbilisidə keçirilən komitə iclasında nəqliyyat dəhlizlərinin modernləşdirilməsi məsələləri müzakirə olunub
20:07 17 May 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 17 may. REPORT.AZ/ Mayın 17-də Tbilisidə CAREC-in nəqliyyat sektoru üzrə koordinasiya komitəsinin 16-cı iclası keçirilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, mayın 19-dək davam edəcək iclasda əsasən CAREC-in nəqliyyat dəhlizlərinin mövcud vəziyyəti, təşkilata yeni üzvlərin qəbulu, investisiya imkanları və yeni investorların cəlb olunması, eləcə də perspektiv planlar müzakirə olunacaq.
İclasda Azərbaycan Respublikası İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak edirlər.
Bildirilib ki, hazırda 11 ölkə CAREC-ə üzvdür. Başqa ölkələrində bu proqrama qoşulması investisiya imkanlarının artmasına və ümumi nəqliyyat dəhlizlərinin genişlənməsinə səbəb ola bilər. Bu gün Azərbaycandan keçən dəhlizin modernləşdirilməsi də diqqət mərkəzindədir. Çin, Hindistan, Pakistan, Əfqanıstan və digər ölkələrdən Özbəkistan və Qazaxıstana gələn yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana gətilir və buradan da Gürcüstana daşınır. Gürcüstandan isə həmin yüklər Avropaya daşınır.
Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsində dəmir yolu xəttinə paralel olaraq daha iki xəttin çəkilməsi və bununla da yolun dördzolaqlı olması üçün Asiya İnkişaf Bankı kredit ayırıb. Bu vəsait, eləcə də Azərbaycan hökumətinin maliyyə imkanları hesabına artıq yolun Bakıdan Gəncəyə qədər olan hissəsində yol dördzolaqlıdır. Gəncədən Gürcüstan sərhədinə qədər olan hissədə isə işlər davam edir.
Eyni zamanda, qeyd olunub ki, Bank Bakı-Tbilisi-Qars dəmir yolunun təkmilləşdirilməsinə də vəsait ayırmaqda maraqlıdır. Bu layihəyə BTQ dəmir yolunda elektrik xətlərinin çəkilməsi, yol nişanlarının qoyulması və təkmilləşdirmə işləri daxildir.
İclasda digər təşkilati məsələlərə də baxılacaq.




Xəbərin orijinal ünvanı: https://report.az/region/carec-in-tbiliside-kecirilen-komite-iclasinda-neqliyyat-dehlizleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR