Avstriya XİN-in 30 yaşlı başçısı kansler olmaq istəyir

Avstriya XİN-in 30 yaşlı başçısı kansler olmaq istəyir
20:12 17 May 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Avstriyanın xarici işlər naziri 30 yaşlı Sebastyan Kurts kansler ollmaq istəyir.
“Report” “dw”yə istinadən xəbər verir ki, Avstiryanın Xalq Demokrat Partiyası və Sosial-Demokratik Partiyasında ibarət hakim koalisiya növbədənkənar parlament seçkisinin bu ilin oktyabrında keçirilməsi təklifini qəbul edib.
Məlumata görə, 27 yaşından Avstriya XİN-ə başçılıq edən S.Kurt 30 yaşında Avstriyanın mühafizəkar Xalq Partiyasına sədr seçilib. Onun partiyası parlament seçkilərində “Sebastyan Kurtsun siyahısı – “Yeni Xalq" Partiyası çıxış edəck. Kurts çoxdandır partiya rəhbərliyindən hakimiyyətin ona verilməsini istəyir.
Qeyd edək ki, Sebastyan Kurts ATƏT fəaliyyətdə olan sədridir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avstriya-xi-n-in-30-yasli-bascisi-kansler-olmaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR