HP böyük yaddaşı olan kompüter təqdim edib

HP böyük yaddaşı olan kompüter təqdim edib
20:32 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ “Hewlett Packard” şirkəti rekord həcmdə - 160 terabayt yaddaşı olan kompüter prototipini nümayiş etdirib.
“Report” xəbər verir ki, şirkətdən kompüterin böyük verilənlər bazası ilə işləmək üçün yaradıldığı bildirilib.
Kompüter 160 mln. kitab ekvivalentində məlumatı eyni vaxtda analiz edir. “The Machine” adlanan cihaz Linux əsasında əməliyyat sistemi istifadə edir. Şirkətdən qeyd olunub ki, əsasən prosessora deyil, yaddaşa diqqət yetirilib.
Bu cihaz üzərində işə beş il öncə başlanılıb. Üç il əvvəl onun üzərində HP-nin laboratoriyasında çalışanların 75%-i işləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/hp-boyuk-yaddasi-olan-komputer-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR