Tamerlan Abdullayev yarımfinal görüşünü qələbə ilə başa vurub

Tamerlan Abdullayev yarımfinal görüşünü qələbə ilə başa vurub
20:43 17 May 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasının daha bir boksçusu növbəti qələbəsini qazanıb.

Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 69 kq çəki dərəcəsində rinqə çıxan Tamerlan Abdullayev 1/2 final səddini də uğurla keçib.

O, İlya Oçkini (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 4:0 hesabı ilə qələbə qazanıb.

25 yaşlı idmançımız sabah keçiriləcək həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturovu sınağa çəkəcək.

T.Abdullayevdən öncə Cavid Çələbiyev (60 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (91 kq) finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR