Turistləri sevməyən məşhur şəhərlərin SİYAHISI açıqlandı

Turistləri sevməyən məşhur şəhərlərin SİYAHISI açıqlandı
20:43 17 May 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Böyük Britaniyanın “The Independent” qəzeti dünyanın turistlərə qarşı xoş münasibət göstərilməyən 8 bölgəsini müəyyən edib.

Trend-in məlumatına görə, ən “turist sevməz” bölgə ABŞ-da Texas ştatının Arlinqton şəhəri hesab olunub.

İlk üçlükdə İtaliyanın Çinkue Terre milli parkı və Yunanıstanın Santorini adası qərarlaşıb. Bu bölgələrdə sakinlər həddən çox turistin gəlməsindən şikayətlənir.

Bundan başqa, siyahıya Yaponiyanın isti su hövzələri bölgəsi, Amsterdam, Barselona, Butan və Tailandın Ko-Kay adası daxil edilib.

“The Independent” qəzeti reytinqin hansı meyarlar əsasında tərtib olunduğunu açıqlamayıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2755897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR