Dubay yenə dünyanı heyrətləndirəcək - 1,7 mlrd. dollarlıq KURORT

Dubay yenə dünyanı heyrətləndirəcək - 1,7 mlrd. dollarlıq KURORT
20:48 17 May 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Dubay "Burc əl-Ərəb" otelinin qarşısında iki süni adada 6,3 mlrd. dirhəm (1,7 mlrd. dollar) dəyərində kurort yaratmaq barədə planını açıqlayıb.

Publika.az xəbər verir ki, yeni yaradılacaq və "Marsa əl-Ərəb" (Ərəb estakadası) adlandırılacaq kurort sayəsində Dubay il ərzində ziyarət edən turistlərin sayını 20 mln. nəfərə çatdırmaq niyyətindədir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət informasiya agentliyinin məlumatına görə, "Marsa əl-Ərəb" 40 min kv. km sahəni əhatə edəcək və burada 140 bahalı villa ilə yanaşı, müxtəlif attraksionlar yer alacaq.

Dubay hazırda dünyanın önəmli turizm mərkəzlərindən olsa da, son dövrlər dolların məzənnəsinin möhkəmlənməsi bu ölkəyə turist axınını zəiflədib. Belə ki, BƏƏ-nin milli valyutası dirhəmin dollarla müqayisədə məzənnəsi dəyişməyib. Bu da turistlər üçün otel qiymətlərinin, ticarət mərkəzlərinin və milli aviasiya şirkəti "Emirates"in tariflərini bahalaşdırıb.

Buna baxmayaraq, ilin ilk rübündə Dubayı 4,6 mln. nəfər və ya keçən ilin analoji dövrü ilə müqayisədə 11% çox insan ziyarət edib. "Marsa əl-Ərəb" layihəsinin bu ilin iyun ayında başlayacağı və 2020-ci ilə tamamlanacağı gözlənilir. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR