Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan taekvondoçusu Fəridə Əzizova gümüş medal qazanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, taekvandoçumuz Dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova (67 kq) finalda Türkiyə təmsilçisi Nur Tatarla qarşılaşıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az