Azərbaycan İslamiadanın finalında 6 boksçu ilə mübarizə aparacaq

Azərbaycan İslamiadanın finalında 6 boksçu ilə mübarizə aparacaq
21:32 17 May 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 1/2 final mərhələsi başa çatıb.

Milli.Az bildirir ki, yarımfinalda rinqə sonuncu çıxan yığmamızın üzvü Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz bu dəfə Hüsseyn İaşaişi (İordaniya) məğlub edib. Məcidov 4:0 hesabı ilə qalib gəlib.

O, finalda Manaf Asaadla (Suriya) qarşılaşacaq.

Qeyd edək ki, sabah keçiriləcək həlledici qarşılaşmalarda Azərbaycan 6 boksçu ilə mübarizə aparacaq. Məcidovla yanaşı, Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) və Teymur Məmmədov (91 kq) çempion titulu uğrunda yarışacaq. Komandamızın heyətində Tayfur Əliyev (56 kq) isə çıxışını bürünc medalla başa vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR