"Türkiyədən yaxşı təklif gəlsə..."

"Türkiyədən yaxşı təklif gəlsə..."
23:42 17 May 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın ehtiyat qapıçısı David Ospina yayda klubunu dəyişmək arzusundadır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, kolumbiyalı qolkiper oyun praktikasının azlığından bu qərara gəldiyini bildirib.

"Rəhbərliyə dedim ki, müntəzəm meydana çıxa biləcəyim kluba getmək istəyirəm. Onlar mənim niyyətimdən xəbərdardır. Türkiyədən yaxşı təklif gəlsə, məmnuniyyətlə ora yollanaram. Bütün transfer məsələləri ilə agentim məşğul olur. "Arsenal"da xoşbəxt olsam da, daha çox oynamaq istəyirəm. Klub mənim qərarıma əngəl olmyaacaq".

28 yaşlı qapıçı "Fenerbahçe"nin transfer siyahısındadır. İstanbulun digər nəhəngi "Beşiktaş" da onu heyətində görmək istəyir. Ospina "Arsenal"a 2014-cü ildə "Nice"dan keçmişdi. O, 3 mövsüm ərzində 49 dəfə "topçular"ın qapısını qoruyub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR