Əfqanıstanda silahlılar televiziya şirkətinə hücum edib: ölənlər var

Əfqanıstanda silahlılar televiziya şirkətinə hücum edib: ölənlər var
23:47 17 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Əfqanıstanın Nanqarhar vilayətinin Cəlilabad şəhərində silahlı şəxslərin Milli Radio və Televiziya binasına hücumu zamanı 6 nəfər ölüb, 18 dinc sakin yaralanıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.
Məlumata görə, öldürülənlərin 4-ü teleradio şirkətinin, 2-i isə təhlükəsizlik qüvvələrinin əməkdaşıdır. Vilayətin polis rəisi Abdul Rəhman Rahimi də hücum zamanı Milli Radio və Televiziya şirkətinin 4 əməkdaşının və 2 hərbçinin həlak olduğunu təsdiqləyib.
Hücum teleradio şirkətinin binasında daha çox əməkdaşın olduğu vaxt baş verib. "Biz atəş səslərini eşitdikdə telemərkəzi tərk etdik. Lakin binanın heyəti hücum vaxtı iş yerində qaldı" – deyə teleradio şirkətinin rəhbərlərindən olan Əmrulla Rəvan bildirib.
Teleşirkətin binası Əfqanıstanın təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən əhatəyə alınıb. Onlar 4 saatlıq ağır döyüşdən sonra silahlıları zərərsizləşdiriblər. Telekanalın məlumatına görə, silahlılardan 2-i məhv edilib, 1-i tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-silahlilar-televiziya-sirketine-hucum-edib-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR