Əfqanıstanda dövlət televiziyasının binasına hücum olub:

Əfqanıstanın Nanqarxar əyalətinin Cəlalabad şəhərində dövlət televiziyasının binasına hücum edilib.

Metbuat.az-ın məlumatına görə, insident nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb. Dünyasını dəyişənlərdən 4-ü televiziya əməkdaşıdır.

Qeyd edək ki, artıq silahlılar zərərsizləşdirilib.

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR