La Liqa:

İspaniya La Liqasında 21-ci turdan təxirə salınmış görüş keçirilib.

Metbuat.az-ın məlumatına görə, "Selta" "Real" ı qəbul edib.

Oyunun ilk dəqiqələrində qonaqların heyətində Kriştiano Ronaldo fərqlənib. 48-ci dəqiqədə isə portuqaliyalı futbolçu dubl edib. 69-cu dəqiqədə Qvidetti fərqi azaltsa da, "Selta"nın bundan artığına gücü çatmayıb. Əvəzində qalan dəqiqələr ərzində "Real" daha iki dəfə rəqib qapısına yol taparaq qələbəsini rəsmiləşdirib.

La Liqa

21-ci tur

"Selta" - "Real" - 1:4

Qollar: Ronaldo, 10; 48, Benzema, 70, Kroos, 88 - Qvidetti, 69

Xallarının sayını 90-na çatdıran "Real" liderliyə yüksəlib. Madrid klubu ən yaxın izləyicisi "Barselona"nı 3 xal qabaqlayır. "Real" çempionluğunu rəsmiləşdirmək üçün La Liqanın sonuncu turunda "Malaqa" səfərində minimum 1 xal qazanmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR