"Yuventus" on ikinci dəfə İtaliya kubokunun sahibi olub

"Yuventus" on ikinci dəfə İtaliya kubokunun sahibi olub
01:47 18 May 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ "Yuventus" klubu "Olimpiya" stadionunda keçirilən futbol üzrə İtaliya Kubokunun finalında "Latsio" komandasını 2:0 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, turinlilərin heyətində Dani Alves (12-ci dəqiqədə) və Leonardo Bonuççi (24-cü dəqiqədə) fərqləniblər.
Bununla da "Yuventus" 12-ci dəfə İtaliya Kubokunun sahibi olub və şəxsi rekordunu artırıb. Əvvəllər Turin klubu 1937/38, 1941/42, 1958/59, 1959/60, 1964/65, 1978/79, 1982/83, 1989/90, 1994/95, 2014/15, 2015/16-cı illərin mövsümlərində dəfələrlə İtaliya kubokunun sahibi olub.
"Yuventus" İtaliya çempionatında 85 xalla liderdir. Qeyd edək ki, İtaliya klubu iyunun 3-də Çempionlar Liqasının finalında ispan "Real"ına qarşı oynayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-on-ikinci-defe-i-taliya-kubokunun-sahibi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR