Fransa Liqa 1-də 31-ci turdan təxirə salınmış görüş keçirilib.
Metbuat.az-ın məlumatına görə, "Monako" "Sent-Etyen"i qəbul edib.
Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsilə yekunlaşıb. "Yaşıllar"ın qapısından qolları Kilyan Mbappe və Valer Jermen keçirib.
Fransa Liqa 1
31-ci tur
"Monako" - "Sent-Etyen" - 2:0
Qollar: Mbappe, 19, Jermen (90+3)
Xallarının sayını 92-yə çatdıran "Monako" sona bir tur qalmış Liqa 1-də çempionluğunu elan edib.
Bu, knyazlıq klubunun 8-ci Fransa çempionluğudur.