CAR-da qızıl yataqlarında baş vermiş partlayış nəticəsində həlak olanların sayı 29-a çatıb

CAR-da qızıl yataqlarında baş vermiş partlayış nəticəsində həlak olanların sayı 29-a çatıb
02:22 18 May 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Cənubi Afrika Respublikasında (CAR) qızıl yataqlarında baş vermiş partlayış nəticəsində həlak olanların sayı 29-a çatıb.
"Report"un məlumatına görə, bu barədə "Times" qəzeti yerli polisə istinadən yazıb.
Xəbərdə bildirilir ki, CAR-ın fövqəladə xidmətləri qeyri-leqal qızıl mədənində baş vermiş partlayışdan sonra dağıntılar altından 29 cəsədi çıxarıb.
Partlayış Fri-Steyt vilayətində, əvvəllər "Harmony Gold" şirkətinə məxsus olmuş mədəndə baş verib. Mədəndə qızılın hasilatının qeyri-qanuni davam etdirildiyi bildirilir.
"Bu gün səhər on bir qeyri-leqal qızılaxtaran saxlanılıb. Onlar bildirirlər ki, torpağın altında hələ də cəsədlər var" – deyə polisin nümayəndəsi, general-leytenant Lerato Molale bildirib. 
Həlak olanların əksəriyyəti digər Afrika dövlətlərindən - Zimbabvedən, Mozambikdən və Lesotodan olan mühacirlərdir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/car-da-qizil-yataqlarinda-bas-vermis-partlayis-neticesinde-helak-olanlarin-sayi-29-a-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR