İngiltərədə orta əsrlər ruhanilərinin sirlərinə aid kitab tapılıb.
Publika.az xəbər verir ki, Redinq Universitetindən tapılan kitab bu illər ərzində heç də gizlində deyilmiş. Əl altında olan bir yerdə imiş. Sadəcə onu digər qədimi kitablardan sanıb əhəmiyyət verməyiblər.
Kitabı Universitet kitabxanasına 1815-ci ildə müəllimlərdən biri gətirib. Kustar üsulla hazırlanmış kitabın tarixi 1496-cı ilə aiddir. Burada latın dilində ruhanilərə xüsusi məsləhətlər və tapşırıqlar verilir. Kitabın müəllifi Müqəddəs Osmund adlı keşişdir.
Şəfiqə ŞƏFA