Leysan ailələri evsiz qoydu: "Qalmışıq çöllərdə" - FOTO/VİDEO

Leysan ailələri evsiz qoydu: "Qalmışıq çöllərdə" - FOTO/VİDEO
03:23 18 May 2017
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib.

Publika.az xəbər verir ki, nəticədə ətraf ərazilərə düşən sel bir sıra fəsadlar yaradıb.

Sel suları Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub. Qobustanın Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşu tələf olub. Elektrik dirəklərinin aşması nəticəsində kəndin enerji ilə təminatı dayandırılıb. Hazırda xətlərin bərpası işləri aparılır.

Şücaət Şükürov - Sakin: "Səsinə ayıldım. Sel ilə mənim evimin arasında 10 metr fərq var. Mal-qara da çöldə . Digər heyvanları çıxartdım, amma balalı inəyi çıxara bilmədim. İnək əlli-ayaqlı yoxa çıxdı".

Cavid Əkbərov - Sakin: "Toyuqlar ölüb. Televizor, soyuducu, video hamısı içəridədir. Qalmışıq çöllərdə, sığınacaq istəyirik".

İlhamə Əkbərova- Sakin: "Ayıldıq, bir də gördüm deyir ki, sel gəlir, durun ayağa. Qonşular harayımıza gəlib. 4 baş ailə çöldə qalmışıq".

Əhaliyə dəyən ziyan müəyyənləşdirilir.

Qəbələdə isə gecə saatlarında güclü leysan və dolu yağması müşahidə olunub. Bəzi ərazilərdə şəxsi təsərrüfatlara və meyvə ağaclarına, habelə avtomobillərə kiçik həcmli ziyan dəyib. Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə bəzi küçə və ara yollarda suyun səviyyəsi çoxalıb. Kəndlərdə eləcə də, əkin sahələrində heç bir tələfat qeydə alınmayıb.

Şimal-qərb bölgəsində Yağıntılı hava şəraitinin sabahdan etibarən düzələcəyi gözlənilir. (ARB Şəki)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR