Əfqanıstanda İŞİD-in bir neçə terrorçusu və nəqliyyat vasitəsi məhv edilib

Əfqanıstanda İŞİD-in bir neçə terrorçusu və nəqliyyat vasitəsi məhv edilib
03:47 18 May 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Nanqarhar vilayətinin Bati Kot rayonuna endirilmiş hava zərbəsi nəticəsində azı 4 İŞİD terrorçusu məhv edilib.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, əməliyyatın gedişində həmçinin terrorçuların nəqliyyat vasitəsi də məhv edilib. 
Ekspertlər bildirirlər ki, son vaxtlar Əfqanıstanın şərq və cənub vilayətlərində - Loharda, Nanqarharda, Gülmənddə, habelə ölkənin şimalında – Qunduz, Cauzdcan və Pərvan vilayətlərində ekstremistlərin mövqelərini xeyli möhkəmləndirmələri müşahidə edilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-i-si-d-in-bir-nece-terrorcusu-ve-neqliyyat-vasitesi-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR