Apple Watch insult riskini hesablayacaq

Apple Watch insult riskini hesablayacaq
08:12 18 May 2017
Ölkə mətbuatı
A- A+

"Apple Watch" smart saatları neyron şəbəkələri ilə vəhdətdə ürək-damar sistemi xəstəliyinin simptomlarını 97% dəqiqliklə müəyyənləşdirmək qabiliyyətinə malikdir. Kaliforniya Universitetinin kardioloqları belə qənaətə gəliblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, alimlərin məlumatına görə, "Apple" cihazına qurulmuş nəbzölçən ürək qulaqcıqları fibrilyasiyasını (ürək əzələsinin normal fəaliyyətinin pozulması) aşkar etmək gücündədir. Sözügedən xəstəlik qan dövranında problemlər, insult və tromboz kimi fəsadlar yarada bilər.

Araşdırmada iştirak etmiş 200 nəfərə ürək qulaqcıqlarının fibrilyasiyası diaqnozu qoyulub. 51 pasiyentdən test nümunəsi götürmüş alimlər "Apple Watch" smart saatının göstəricisini elektrokardioqramın göstəricisi ilə müqayisə etdikdə məlum olub ki, "Apple" şirkətinin qurğusu 97% halda xəstəliyi müəyyənləşdirmək qabiliyyətinə malikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/545383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR