Bu günün TƏQVİMİ

Bu günün TƏQVİMİ
09:03 18 May 2017
130 Digər
Ölkə mətbuatı
A- A+

1927 - Tanınmış cərrah-uroloq, akademik Mirməmməd Cavadzadə (1927-2008) anadan olub.

2008-ci il avqustun 7-də vəfat edib.

* * *

1988 - Ermənistandan azərbaycanlı əhalinin zorla deportasiyasına və ermənilərin Qarabağ iddialarına etiraz olaraq Bakıda ilk izdihamlı mitinq keçirilib.

* * *

1990 - Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə respublikada yeni ərazi-inzibati vahidləri yaradılıb.

Parlamentin qərarına əsasən, Agstafa, Qobustan, Xızı, Hacıqabul, Samux, Siyəzən rayonları təşkil olunub.

* * *

1992 – Ermənistan silahlı qüvvələri mayın 15-dən davam edən güclü hücumlardan sonra Laçın rayonu işğal edilib.

Rayonun (1835 kv km) 63 minə yaxın əhalisi didərgin düşüb. İşğal zamanı 300-dən çox adam həlak olmuş və itkin düşmüşdü.

Rayon ərazisində 9 minə yaxın tikili, yüzlərlə tarix-mədəniyyət abidəsi talan edilib.

Laçının işğalı ilə Ermənistanın Azərbaycana hərbi təcavüzü Dağlıq Qarabağın hüdüdlarından kənara çıxdı.

* * *

1992 - Laçının ermənilər tərəfindən işğal edildiyi bir vaxtda Bakıda hakimiyyət məsələsi həll edilib.

Ali Sovetin növbədənkənar sessiyasında Yaqub Məmmədov parlamentin sədri və prezident səlahiyyətlərinin icraçısı vəzifəsindən istefa verib.

Bu vəzifəyə Xalq Cəbhəsi sədrinin müavini İsa Qəmbər seçilib.

* * *

1992 - Azərbaycanla Moldova arasında diplomatik münasibətlərin qurulması barədə protokol imzalanıb.

* * *

1994 - Milli Məclis Ermənistanla əldə olunmuş atəşkəs sazişi (12 may 1994) ilə bağlı cəmiyyətdə səslənən müxtəlif fikirləri nəzərə alaraq Azərbaycan xalqına müraciət edib.

Müraciətdə "Bişkek protokolu"nun məğlubiyyət aktı olması barədə iddiaların əsassız olduğu, Azərbaycan rəhbərliyinin Qarabağ məsələsində hər hansı təslimçi addım atmayacağı vurğulanırdı.

* * *

2002 - Prezident Heydər Əliyev İran İslam Respublikasının prezidenti Məhəmməd Xatəminin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.

Səfər zamanı iki ölkə arasında 11 sənəd, o cümlədən "Dostluq və əməkdaşlıq prinsipləri haqqında" siyasi müqavilə imzalanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR