İŞİD qruplaşmasının İraqın Mosul şəhərinin qərbində törətdiyi terror aktları zamanı 10 hərbçi həlak olub.
Milli.Az report-a istinadən xbər verir ki, bu barədə "Anadolu" agentliyi İraqın federal polisinin nümayəndəsi Əddi Abdülvahab əs-Səidiyə istinadən xəbər verib.
Polis nümayəndəsinin sözlərinə görə, terror aktlarından biri Rıfai rayonunda təşkil olunub. Belə ki, kamikadze minalanmış avtomobili Terrorizmlə Mübarizə Bölməsinin əməkdaşlarının yaxınlığında partladıb. Nəticədə 3 hərbçi ölüb.
Daha iki terror aktı isə Mosulun qərbində, Uraybi rayonunda baş verib. Nəticədə 7 hərbi xidmətçi həlak olub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində