ABŞ Konqresi Rusiya və İran əleyhinə qətnamə qəbul etdi

ABŞ Konqresi Rusiya və İran əleyhinə qətnamə qəbul etdi
09:42 18 May 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya və İrana qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu palatanın spikeri Pol Rayan bəyan edib.

"Bəşər Əsədin insanlığa qarşı cinayətləri cavabsız qala bilməz. Yeni sanksiyalarla biz Suriya rejimi, eləcə də Əsədin əsas himayədarları olan Rusiya və İrana qarşı təzyiqi artırmış olacağıq", - deyə P.Rayan bildirib.
 
Qanun layihəsinə Senat razılıq verdikdən sonra sənəd imzalanması üçün prezident Donald Trampa göndəriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR