Benzemadan etiraz: "Deşamla qısa danışacam"

Benzemadan etiraz: "Deşamla qısa danışacam"
09:52 18 May 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın fransalı futbolçusu Kərim Benzema uzun müddətdir milli komandadan dəvət almamasına münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə ölkəsinin mətbuatına danışan 29 yaşlı hücumçu millinin baş məşqçisi Didye Deşamla görüşərək bu barədə danışmaq istədiyini deyib:

"Bəli, elə bu dəqiqə milli karyeramı bitirdiyimi deyə bilərəm. Bunu deməkdən asan nə var ki? Arxamca danışılanları eşitməkdən yorulmuşam. Bilirəm ki, milli karyeramı başa vurduğumu açıqlasam, sevinənlər çox olacaq. Əlbəttə, Fransa millisinə yenidən dəvət alsam, çox xoşbəxt olacam. Uzun müddətdir ki, millidən kənarda qalmışam. Amma indi vaxtdır, Deşam ortaya çıxmalı, niyə kənarda qaldığımı söyləməlidir. Deşamla çox qısa fikir mübadiləsi aparmaq niyyətindəyəm".

Xatırladaq ki, Benzema millidəki komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün Fransa yığmasından uzaqlaşdırılıb. Ancaq Fransa Futbol Federasiyasının prezidenti Noel La Qraet onun yığmaya qayıda biləcəyini açıqlayıb.

Qeyd edək ki, Benzema bu mövsüm "Real"ın heyətində 26 oyuna 9 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR