Qaşıntıdan bu üsulla xilas olun

Allergiya, dəri quruluğu, kimyəvi təmizlik məhsulları, sərt və tüklü paltarlar, bəzi qidalar, dərmanlar, qaraciyər və böyrək xəstəlikləri, tireoid kimi problemlər qaşıntı səbəbidir.

Metbuat.az xəbər verir ki, qaşıntını müalicə etmək üçün öncə səbəbini araşdırmaq lazımdır. Çünki qaşıntı ciddi dəri xəstəliyinin və ya orqanların düzgün işləməməsi səbəbi ilə yarana bilər. Mütəxəssis həkimin qoyduğu diaqnoz və yazdığı dərmanlarla bu problemdən xilas ola bilərsiniz. Bundan əlavə, pudra, qoxulu hamam məhsulları istifadə etməyin. Qaşınan bölgəni qaşımayın, bu qaşınmanı daha da artırır. Uzun və isti duşdan uzaq durun. Bu şəkildə yuyunmaq dərini daha da qıcıqlandırır. Qaşınan bölgəni sabunla yumayın.

Qaşıntıdan türkəçarə üsulla xilas ola bilərsiniz. Bunun üçün ləyəni ilıq su ilə doldurun. İçərisinə dəmlənmiş qırxbuğum otu çayı tökün (bunun üçün 10 çay qaşığı qurudulmuş qırxbuğum otunun üzərinə 2 stəkan qaynar su tökün və 15 dəqiqə dəmləyin). Qırxbuğum çayını suyun içərisində qarışdırın və bu suyun içərisində oturun.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR