Bərdədə zəncirvari qəzada 5 nəfər ağır yaralanıb

Bərdədə zəncirvari qəzada 5 nəfər ağır yaralanıb
10:52 18 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 18 may. REPORT.AZ/ Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndin ərazisində qeydə alınıb.
Belə ki, yük avtomobili ilə iki minik maşının toqquşması nəticəsində beş nəfər ağır bədən xəsarətləri alıb.
Yaralılar:
İlham Quliyev;
Elqəm Hüseynov;
Səxavət Quliyev;
Ramiz Quliyev;
Elsevər Hüseynov. 
Xəsarət alanlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralıların beşinin də  vəziyyəti ağırdır: "Yaralılara ilkin tibbi yardım göstərilib və Travmatologiya şöbəsinə yerləşdirilib". 
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-zencirvari-qezada-5-nefer-agir-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR