Ötən həftə Bodrumda məşhur bir hotelin açılışı olmuşdu.
Milli.Az axşam.az-a istinadən bildirir ki, hotel rəhbərliyi açılışa Hollivud ulduzu Nikol Kidmanı gətirsə də, böyük səs-küy doğurmayıb.
Avstraliyalı ulduz tədbir üçün 525 min dollar qonorar alıb. O, sadəcə, kiçik bir nitq söylədikdən sonra mərasimi və Türkiyəni tərk edib. Dünya ulduzunun Türkiyədə təxminən 6 saat olması üçün yarım milyon dolların xərclənməsi tənqidlərə səbəb olub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində