Xızıda "Prado" aşıb, sürücü ölüb

Xızıda "Prado" aşıb, sürücü ölüb
11:37 18 May 2017
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Mayın 17-də saat 17 radələrində Xızı şəhəri ərazisində Abşeron rayon sakini Süleyman Mənsumov idarə etdiyi "Prado" markalı avtomobili aşırıb. 
"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki,  hadisə nəticəsində sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Sürücü S.Mənsimov orada ölüb, sərnişinlərin vəziyyəti orta ağırdır.
Xızı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xizida-prado-asib-surucu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR