Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb.
Belə ki, yük avtomobili ilə iki minik maşının toqquşması nəticəsində beş nəfər ağır bədən xəsarətləri alıb.
Yaralılar:
İlham Quliyev;
Elqəm Hüseynov;
Səxavət Quliyev;
Ramiz Quliyev;
Elsevər Hüseynov.
Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan sayta bildirilib ki, yaralıların beşinin də vəziyyəti ağırdır: "Yaralılara ilkin tibbi yardım göstərilib və Travmatologiya şöbəsinə yerləşdirilib".
Faktla bağlı araşdırmalara başlanılıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində