Gecəsi 85 min manat olan Türkiyənin ən bahalı hotelindən MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Gecəsi 85 min manat olan Türkiyənin ən bahalı hotelindən MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
12:18 18 May 2017
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, ötən həftə Hollivud aktrisası Nikol Kidman, həmçinin azərbaycanlı məşhurlardan Nura Suri, Nigar Camal Bodrumda “The Bodrum by Paramount Hotels & Resort” hotelinin açılışında iştirak edib.

Publika.az xəbər verir ki, dəbdəbəli hotelin yeni görüntüləri yayılıb. Hotel Kaliforniyanın dünyaca nüfuzlu tikinti şirkəti “Paramount”la Türkiyənin “Target Investment Turizm” şirkətinin layihəsidir. Lüks hotel kübar cəmiyyətlə yanaşı, Hollivud ulduzlarının da sevimli məkanıdır.

Hotelin baş direktoru Alessandro Redaelli bildirib ki, “Paramount” bir əyləncə mərkəzidir. Bizi digər hotellərdən fərqli olaraq üç xüsusi xidmət təqdim edirik. Bu konsepsiyaları: kino texnologiyası, Hollivud dəbdəbəsi və Kaliforniya tərzi adlandırırıq. Buraya gələn qonaqlar əyləncə və rahatlığı bir arada tapacaq" .

Hotelin gündəlik qiymətləri 250 (təxminən 500 manat) ilə 45 min avro (təxminən 85 min manat) arasında dəyişir.

Hotelin 134 suit (nömrə) və villadan ibarətdir və hər bir otaq fərqli böyüklükdədir. Radaelli ərazisi min kvadratmetrə qədər villaların olduğunu da bildirib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dizayn/199251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR