Orxan Nuriyev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Yunan-roma güləşi üzrə 98 kq çəki dərəcəsində qızıl medal mükafatçısıdır.
Qızıl medal mükafatçısı Orxan Nuriyev Metbuat.az-a maraqlı açıqlamalar verib:
“İdmana 2004-cü ildən başlamışam. Təxminən 2010-cu ildə yığma komandada yeniyetmələrlə məşqlərə başlamışam. 2012-ci ildə gənclər arasında Avropa birinciliyində ikinci yeri tutmuşam. Həmçinin, dünya çempionatında üçüncü yerə çıxmışam. 2014-cü ildə Xorvatiyada keçirilən dünya çempionatında birinci yerə çıxmışam. 2015-ci ildə isə İstanbulda keçirilən Avropa Çempionatında birinci yerə çıxmışam. Həmin ildə komanda şəklində dünya kubokunun qalibi olmuşuq. 2017-ci ildə dünya kubokunda ikinci yerə çıxmışıq. 23 yaşlıların Avropa Çempionatında qızıl medal qazanmışam. İslam Oyunları Avropa Oyunlarından sonra təşkil olunan ən uğurlu yarışlardandır. Azərbaycan yarışa yüksək səviyyədə ev sahibliyi edir. Pakistanlı rəqibimlə olan birinci görüş o qədər də çətin olmadı. İkinci görüşdəki özbəkistanlı rəqibim birinci rəqibimdən çox güclü idi. Ona qalib gələrək, 5-0 hesabı ilə finala çıxdım. Finalda isə heç vaxt yarışda güləşmədiyim Qırğızıstan güləşçisini 5-0 hesabı ilə məğlub edərək, qalib gəldim”.
Aytən Novruzova / Metbuat.az