ABŞ Avropa ölkələrindən reyslərdə noutbuka qadağa qoymamağı qərara alıb

ABŞ Avropa ölkələrindən reyslərdə noutbuka qadağa qoymamağı qərara alıb
12:47 18 May 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ ABŞ və Aİ Avropadan Birləşmiş Ştatlara uçuşlar zamanı əl baqajında planşet və noutbukların daşınmasına qadağa qoyulması ideyasından imtina ediblər.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə qərar ABŞ və Aİ ekspertləri və hökumət nümayəndələri arasında Brüsseldə dörd saat davam edən görüş zamanı qəbul edilib.
Görüşün sonunda verilən bəyanatda uçuşların təhlükəsizliyini təmin etmək üçün digər tədbirlərin nəzərdən keçirildiyi göstərilib.
Qeyd edək ki, ABŞ rəsmiləri daha əvvəl Avropa ölkələrindən edilən uçuşlarda əl baqajında planşet və kompüterlərin daşınmasına qadağa qoyulmasının mümkünlüyü barədə bildirmişdi. Mart ayının sonlarında Vaşinqton əhalisinin çox hissəsi müsəlman olan ölkələrdən edilən uçuşlara belə qadağa tətbiq edib.
ABŞ-ın məhdudiyyətləri 8 ölkədən - Türkiyə, Mərakeş, İordaniya, Misir, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və Küveytdən edilən uçuşlara şamil edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-avropa-olkelerinden-reyslerde-noutbuka-qadaga-qoymamagi-qerara-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR