“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi ilə bağlı mübahisəli məsələlərə aydınlıq gətirilib

“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi ilə bağlı mübahisəli məsələlərə aydınlıq gətirilib
12:47 18 May 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi ilə bağlı mübahisəli məsələlərə aydınlıq gətirilib.
“Report”un xəbərinə görə, komitə sədri Rafael Hüseynov deyib ki, bəzi kabel şəbəkəsi yayımçıları “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin 13.4-cü maddəsinə iradlarını bildiriblər.
Komitə sədri bu məsələyə aydınlıq gətirib: “Həmin maddədə qeyd olunub ki, xarici ölkələrin teleradio yayımçısı Azərbaycanda fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Kabel şəbəkəsi yayımçıları bildirirlər ki, həmin reklamları çıxarmaq mümkün deyil, yəni, buna texniki imkanları yoxdur. Bu maddəyə dəyişiklik etmək olmaz, çünki bu, qanunun mahiyyətini ortaya qoyur. Kabel şəbəkəsi yayımçıları bunu nəzərə almalıdırlar. Bu həm milli adət-ənənələrə zidd reklamların qarşısını almağa, həm də Azərbaycanın yerli reklam bazarının dirçəldilməsinə xidmət edir”.
O qeyd edib ki, qanun layihəsi ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovla da müzakirələr aparılıb: “Hesab edirəm ki, bəzi texniki dəyişikliklər istisna olmaqla, layihə mükəmməl hazırlanıb”.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/kabel-sebekesi-yayimi-haqqinda-qanun-layihesi-ile-bagli-mubahiseli-meselelere-aydinliq-getirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR