İslamiada: Azərbaycanın 2 taekvondoçusu yarımfinala yüksəlib

İslamiada: Azərbaycanın 2 taekvondoçusu yarımfinala yüksəlib
12:57 18 May 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında taekvondo üzrə son yarış gününün görüşlərinə start verilib. "Report"un məlumatına görə, Azərbaycanı 5 çəki dərəcəsindən 4-də təmsil edən taekvondoçular da döyüşlərə çıxıb.
Yeniyetmələr arasında olimpiya çempionu Səid Quliyev (74 kq) və yeganə qadın dayanq ustası Darya Şkurko ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Əvəzində Məhəmməd Məmmədov (63 kq) və Ramin Əzizov (87 kq) yarımfinala yüksəliblər.
Taekvondo
Kişilər
63 kq
1/2 final. Məhəmməd Məmmədov - Alimjan Serikbayev (Qazaxıstan)
1/4 final. Məhəmməd Məmmədov - Omar Hajjami (İndoneziya) - 26:10
1/8 final. Məhəmməd Məmmədov - İbrahim Zarman (İndoneziya) - 9:2
74 kq
1/4 final. Səid Quliyev - Toş van Diyk (Surinam) - 19:17
87 kq
1/2 final. Ramin Əzizov - Serdar Yüksel (Türkiyə)
1/4 final. Ramin Əzizov - Anas Sadek (İordaniya) - 27:8
Qadınlar
62 kq 
1/4 final. Darya Şkurko - Sukayna əl-Auni (Mərakeş) - 8:10
Bakı İdman Zalı
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən taekvondo yarışlarında yarımfinal və final mərhələsi saat 18:00-da başlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiada-azerbaycanin-2-taekvondocusu-yarimfinala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR