Kəmaləddin Heydərov Niderland Krallığı Senatının sabiq sədri ilə görüşüb

Kəmaləddin Heydərov Niderland Krallığı Senatının sabiq sədri ilə görüşüb
12:59 18 May 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 18-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

FHN-dən Lent.az-a verilən məlumata görə, görüşdə  K.Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, həmçinin, su ehtiyatlarının idarə olunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib,  Niderland Krallığının müvafiq strukturları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

Bildirilib ki, 2014-cü ilin noyabrında imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” qarşılıqlı faydalı əməkdaşlığın inkişafında mühüm addım olub.  Hazırda su ehtiyatlarının səmərəli idarə olunması üzrə bir çox işlər başa çatmış, birgə layihə çərçivəsində səylər davam etdirilir.

 

Rene Van der Linden qeyd edib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Niderland Krallığının uyğun qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR